Ur (zob) və qalxanabənzər vəzininin xəstəlikləri

Ur qalxanabənzər vəzinin müxtəlif səbəblər nəticəsində böyüməsinə deyilir. Qalxanabənzər vəzi boynun ön nahiyəsində yerləşmiş, hormon əmələ gətirən kəpənəkşəkilli vəzidir. Qalxanabənzər vəzi əmələ gətirdiyi hormonlarla orqanizmi sanki batareya kimi enerji ilə təmin edir.

Ur qalxanabənzər vəzinin müxtəlif səbəblər nəticəsində böyüməsinə deyilir. Qalxanabənzər vəzi boynun ön nahiyəsində yerləşmiş, hormon əmələ gətirən kəpənəkşəkilli vəzidir. Qalxanabənzər vəzi əmələ gətirdiyi hormonlarla orqanizmi sanki batareya kimi enerji ilə təmin edir. Qalxanabənzər vəzi hormonlarının normadan artıq yarandığı vəziyyətə hipertireoidizm, normadan az yarandığı vəziyyətə isə hipotireoidizm deyilir. Hipertireoidizmli xəstələrdə həddindən artıq hərəkətlilik, ürəkdöyünmə, əllərdə əsmə, həddindən artıq iştahanın olmasına baxmayaraq çəkidə azalma, əsəbilik, tərləmə kimi şikayətlər rast gəlinir. Hipotireoidizm olan xəstələrdə isə hərəkətliliyin azalması, çəkinin artması, orqanizmdə suyun toplanması, dəridə quruluq, qəbizlik kimi şikayətlər tez-tez meydana çıxır.

Qalxanabənzər vəzinin funksiyasındakı pozğunluqlarla yanaşı  struktur dəyişiklikləri də rast gəlinir. Qalxanabənzər vəzinin bütövlükdə və ya bir qisminin böyüməsi ilə xarakterizə edilən xəstəliklərə düyünlü ur deyilir.  Urun yaranmasında müxtəlif faktorlar rol oynasa da əsəs faktorlar bunlardır:

  1. Yod çatışmazlığı və digər ətraf mühit faktorları
  2. İrsi faktorlar
  3. Orqanizmin Fərdi  xüsusiyyətləri

Bunlardan xüsusilə yod çatışmazlığının üzərinda dayanmaq lazımdır. Tədqiqatlar  insanların gündəlik tələb olunan yodun orta hesabla dörddə bir hissəsini qəbul etdiyini göstərir. Yod çatışmazlığı olan Mərkəzi Avropa ölkələrində fabriklərdə bişirilən çörəklərə və süfrə duzuna yod əlavə etməklə yod çatışmazlığı ilə əlaqədar yaranan ur probleminin böyük bir hissəsi həll edilmişdir. Ur xəstəliyi olmayan fərdlərin profilaktik məqsədlə yod qəbul etməsi  aktual bir məsələdir. Əks təqdirdə ur xəstəliyi olan xəstə bundan xilas olmaq məqsədi ilə yod qəbul etdikdə bunun xeyirdən çox ziyanı olur.

 

Qalxanabənzər vəzidə düyünlər boyun nahiyəsinin ultrasəs müayinəsinin geniş tətbiq olunmağa başlanmasından sonra daha da çox rast gəlinməyə başlandı. Qalxanabənzər vəzinin ultrasəs müayinəsində düyün aşkarlanmış xəstələrdə ssintiqrafiya deyilən bir üsulla qalxanabənzər vəzinin funksional xəritəsi çıxarılır və buna görə düyünlərin fəaliyyət göstərib-göstərmədiyi təyin edilir. Fəaliyyətsiz düyünlərə soyuq düyünlər deyilir ki bunlarda xərçəng əmələ gəlmə riski yüksəkdir. Hər 100 düyündən 5-15-ində xərçəng rast gəlindiyi halda xərçəng qorxusu ilə əməliyyat edilməməsi üçün nazik iynə ilə aspirasiya biopsiyası (NİAB) deyilən metoddan istifadə edərək xərçəngli xəstələrdə 95% nisbətində düzgün diaqnoz qoyulur.

Beləliklə digər xəstələrə qalxanabənzər vəzinin hormonu təyin edilərək nəzarətə götürülür və ancaq ultrasəs müayinəsində düyünün böyüdüyü aşkarlandığı halda əməliyyat edilirlər. Bununla yanaşı NİAB-da da 5% xəta ehtimalı olduğunu vurğulamaq lazımdır.

Əməliyyatdan əvvəl xərçəngin olub-olmamasını təyin etməyin əhəmiyyəti nədir? Əgər qalxanabənzər vəzinin müəyyən bir hissəsi saxlanılmışdırsa xəstə yenidən əməliyyat olunmalı və qalan toxuma götürülməlidir. Bu əməliyyat isə birinciyə nisbətən çox çətin əməliyyat olduğuna görə cərrahlar işi bir dəfəyə həll etməyə üstünlük verirlər.

Bütün bu məlumatlarla yanaşı qalxanabənzər vəzi şişlərinin böyük bir hissəsinin xoşxassəli gedişə malik olduğunu vurğulamaq lazımdır. ABŞ-da qalxanabənzər vəzinin xərçənginə tutulmuş xəstənin yaşamaq şansı by-pass əməliyyatı keçirmiş bir xəstənin yaşama şansı ilə eyni hesab edilir. Biz də isə xəstənin həyatını nəqliyyat qəzasında itirmək riskinin daha yüksək olduğu hesab edilir.

Qalxanabənzər vəzi xərçəngi sahəsində son illərdə əldə edilmiş nailiyyətlərdən biri də medulyar tipli xərçəngi olan ana və atanın qanında aparılan genetik bir müayinə ilə uşağa bu xəstəliyin irsi yolla ötürülüb-ötürülməyəcəyinin təyin edilməsidir.  Əgər müayinə uşaqda müsbət çıxarsa bu uşağın 25-30 yaşına qədər tiroid xərçənginə tutulacağı ehtimalı 100% olduğuna görə qalxanabənzər vəzi tamamilə çıxarılır  və xəstə tam sağalır. Bu genetika elminin tibbə bəxş etdiyi ən böyük nailiyyət hesab olunur. Bizim də belə xəstələrimiz və ailələrimiz var. Lakin övladlarında heç bir xəstəlik olmadığı halda valideynləri əməliyyata razılaşdırmaq çox çətin olur.

Qalxanabənzər vəzi əməliyyatlarının digər əməliyyatlardan əsas fərqlərindən biri də xəstəliyin birdən çox mütəxəssislə əlaqədar olmasıdır. Belə ki bu xəstəliyi sadəcə cərrah deyil, endokrinoloq, radioaktiv təbabət üzrə mütəxəssis, patoloq, şüa diaqnostikası həkimi komanda şəklində qiymətləndirməli və xəstə üçün ən faydalı müalicə metodunu birlikdə seçməlidirlər.
Qalxanabənzər vəzi ilə əlaqədar tez-tez verilən suallar

Qalxanabənzər vəzi nədir və hansı funksiyaları yerinə yetirir? Xəstəlikləri hansı əlamətlərlə gedir?

Qalxanabənzər vəzi boyunda nəfəs borusunun bilavasitə önündə yerləşən və qalxanabənzər vəzi hormonlarını ifraz edərək  orqanizmdə sinir sistemindən həzm sisteminə qədər demək olar ki, bütün orqan və sistemlərin fəaliyyətini tənzimləyən bir orqandır. Belə vəzilərə daxili sekresiya vəziləri deyilir.  Bu vəzilərin xəstəlikləri ilə məşğul olan sahəyə endokrinologiya, cərrahiyəsinə də endokrin cərrahiyə deyilir.

Qalxanabənzər vəzinin böyüməsinə ur deyilir. 60-cı illərdəki kimi boynunda çox böyük şişkinliklərlə həkimə müraciət edən xəstələr indi çox nadir hallarda rast gəlinir. Müasir dövrdə onların yerinə ümumi check up zamanı aparılmış ultrasəs müayinəsi və ya palpasiya nəticəsində təsadüfən aşkarlanmış düyünlər çox tez-tez rast gəlinir. Bunlardan başqa bir də funksiya pozğunluqları vardır.
Qalxanabənzər vəzinin funksiyasının pozulması necə hiss edilir?

Qalxanabənzər vəzinin hormon ifrazını nəzarətsiz olaraq artırması hipertireoidizm adlanır ki bu cavanlarda arıqlama (iştahanın artmasına baxmayaraq), yaşlı xəstələrdə ürək döyünmə, əllərin əsməsi, tərləmə, istiyə dözümsüzlük, əsəbilik, qadınlarda menstruasiya pozğunluqları, saçların nazikləşməsi və tökülməsi və ishal şikayətlərinə səbəb olur. Daha çox rast gəlinən hipotireoidizm, yəni lazım olduğundan daha az hormon ifrazı zamanı bədəndə, xüsusilə də üzdə şişkinlik, maye toplanması, çəkinin artması, qəbizlik, menstruasiya pozğunluqları, saçların qalınlaşması və tökülməsi, dəridə quruluq,  soyuğa dözümsüzlük, hərəkətlərdə və ağır hallarda zehni funksiyalarda ləngimə müşahidə olunur.

Qalxanabənzər vəzinin iltihabının səbəbi nədir?

2000-ci ildən etibarən duzların yodlaşdırılmasına başlamaqla gələcək nəsilləri urdan qorumaq üçün çox vacib bir addım atıldı. Lakin bu proqramların tətbiq olunduğu bütün ölkələrdə olduğu kimi (Argentina, İsveçrə) yodlaşdırmağa başladıqdan sonrakı 20 ildə qalxanabənzər vəzi iltihabı yəni tiroidit və bunun xüsusi bir növü olan Xaşimoto tiroiditi və onun fonunda inkişaf edən qalxanabənzər vəzi xərçəngi 4-5 dəfə artır.  Ona görə yodlaşdırılmış duzdan körpələrin və inkişaf dövründə olan uşaqların istifadə etməsi, yaşlıların isə xüsusilə də qalxanabənzər vəzi xəstəliyi olanların yodsuz duzdan istifadə etməsi daha düzgündür. Dolayısilə yemək mətbəxdə duzsuz bişirilməli süfrədə isə iki duzqabı olmalıdır; uşaqlar yodlaşdırılmış, böyüklər isə yodlaşdırılmamış duz istifadə etməlidirlər.

Qalxanabənzər vəzi xəstəliyinin erkən aşkarlanması üçün nə etmək lazımdır?

Bütün check up proqramlarına qalxanabənzər vəzi hormonlarının miqdarının ən həssas göstəricisi olan TSH hormonunun qanda təyini və qalxanabənzər vəzinin ultrasəs müayinəsi daxil edilməlidir. Bundan başqa əhalinin sağlamlığını yoxlamaq məqsədi ilə aparılan kütləvi müayinələrə  süd vəzinin xərçəngi üçün mammoqrafiya və ya uşaqlıq xərçəngi üçün yaxma sınağı daxil edildiyi kimi qalxanabənzər vəzinin ultrasəs müayinəsi və iynə biopsiyası də bu müayinələrə daxil edilməlidir.

Qalxanabənzər vəzi xərçəngi ilə bağlı son statistikalar nəyi göstərir?

ABŞ-da 2005-ci il qalxanabənzər vəzi xərçəngi ili elan edilmişdir. ABŞ-da dərc olunan Thyroid jurnalının aprel nömrəsində (www.thyroid.org) bununla bağlı rəqəmlər belədir:

-2005-ci ildə diaqnoz qoyulacaq təqribən 25000 qalxanabənzər vəzi xərçənginə tutulmuş xəstə sayı 1995-ci ildən indiyə kimi hər il diaqnoz qoyulmuş xəstə sayından iki dəfə çoxdur.

– 90-cı illərdə bütün xərçəng xəstəlikləri arasında 14-cü yeri tutan qalxanabənzər vəzi xərçəngi 2000-ci illərdə sürətlə artaraq 7-ci yerə yüksəldi.

– qadınlarda illik 4%, kişilərdə illik 2% artma tempi ilə qalxanabənzər vəzi xərçəngi bütün xərçənglər arasında ən sürətli artan xərçəng növü oldu.

– qadınlarda daha tez-tez rast gəlinməsinə baxmayaraq kişilərdə ölümə səbəb olan xərçənglər arasında ən sürətlə artan xərçəng qalxanabənzər vəzi xərçəngi olduğu məlum oldu.

Qalxanabənzər vəzi xərçəngi ilə əlaqədar Çernobıl qəzasından çox bəhs edilir. Bunun təsirləri hələ də davam edir mi?

Çernobılda sızan maddə radioaktiv yod olduğu üçün qalxanabənzər vəzi və xüsusilə də inkişaf dövründəki uşaqlar bundan çox təsirləndilər. Doza çox yüksək olduğu üçün xərçəng 4-5 il ərzində yarandı və kütləvi müayinələrlə minlərlə uşaq erkən dövrdə diaqnoz qoyularaq əməliyyat edildi və xilas edildi. O dövrdəki uşaqlar indi yetkin insanlar olduğu üçün biz o dövrdə o ərazilərdə yaşamış insanlarda qalxanabənzər vəzi xərçəngi aşkarladıqda xəstəliyin sonradan yarandığını yoxsa o dövrdə müayinə olunmadığı üçün o illərdən qaldığını müəyyənləşdirə bilmirik. Bu mövzuya bütün dünyanın əksinə əhəmiyyət verməyən, hətta əhəmiyyət verilməsinə istehza ilə yanaşan bütün məsul şəxslər əslində böyük bir insanlıq suçu işləmişdirlər.

Qalxanabənzər vəzi xəstəliklərində hansı diaqnostik cihazlardan istifadə edilir?

Əvvəllər qalxanabənzər vəzi hormonlarının təyini və qalxanabənzər vəzi ssintiqrafiyası istifadə edilirdisə müasir dövrdə ssintiqrafiya qalxanabənzər vəzinin normadan az və ya çox çalışdığını müəyyənləşdirmək üçün istifadə edilir. Düyünlər və qalxanabənzər vəzi xərçənginin təyini üçünsə daha həssas metod olan ultrasəs müayinəsinə üstünlük verilir.

  Qalxanabənzər vəzidəki törəmənin xoşxassəli yoxsa bədxassəli olduğunu necə təyin etmək olar?

Heç bir əlavə təsiri olmayan iynə biopsiyası ilə törəmədən biopsiya götürülür və patoloq tərəfindən müayinə olunur. Nəticə xoşxassəli olarsa bunun düzgün olma ehtimalı 95%, bədxassəli olarsa düzgün olma ehtimalı 99%-dir. Buna görə xüsusilə də az təcrübəli cərrahların əməliyyatdan sonra gözlənilməz nəticələrlə qarşılaşmamları üçün iynə biopsiyasını hər yerdə tövsiyə edirik.

İynə biopsiyası təmiz çıxan xəstələr əməliyyat edilmədən nəzarətə götürülə bilərmi?

Çox kiçik risk olsa da nəzarətə götürülə bilər. Düyün böyüməyə davam edərsə və təzyiq hissi yaradacaq qədər böyüyərsə hər zaman əməliyyat edilə bilər. Amma endokrin cərrahiyənin əsas məqsədi xoşxassəli düyünləri deyil, bu düyünlərin daxilində gizlənmiş qalxanabənzər vəzi xərçəngini tapmaq olmalıdır.

Qalxanabənzər vəzi düyününün və ya xərçənginin cərrahi müalicəsi necə aparılır?

Qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi tamamilə komanda işidir. Endokrin cərrah, endokrinoloq, radioaktiv təbabət üzrə mütəxəssis, şüa diaqnostikası həkimi və patoloqdan ibarət komanda xəstə haqqında “eyni dildə danışaraq” və daimi ünsiyyətdə olaraq ən düzgün qərarları verə bilərlər. Qalxanabənzər vəzi xəstəliklərinin mürəkkəbliyi bu sahənin həkimlərinə başqa bir sahə ilə məşğul olmağa imkan vermir və ancaq bu şəkildə xəstəyə və xəstəliyə tam diqqət cəlb etmək olur.

Qalxanabənzər vəzi cərrahiyəsi naxış vurmaq kimi zəriflik, diqqət və həssasiyyət tələb edir. Xüsusilə də səs telləri və yaxınlıqda yerləşmiş qalxanabənzər ətraf vəziləri qorumaq məqsədi ilə çox diqqətli işləməklə yanaşı əməliyyatdan sonra xəstəliyin təkrarlamaq riskini də sıfıra yaxınlaşdırmaq lazımdır.
2004-cü ildən etibarən son texnologiyaların da köməyi ilə artıq boyunbağı şəklində tikiş izinə səbəb olan metodun əvəzinə təqribən 2.5 sm-lik kəsiklə tətbiq etdiyimiz qapalı metod qadınlarla yanaşı kişilərin də seçimi olmuşdur. Bu metoda istər kosmetik cəhətdən istərsə də əməliyyatdan sonra boyun hərəkətlərinin tez mümkün olması və ödemin olmaması kimi faktorlar səbəbindən üstünlük verilir.

Xalq arasında atom müalicəsi kimi tanınan müalicə nədir və kimlərdə tətbiq olunur?

Atom müalicəsi və ya tibbi adı ilə radioaktiv yod müalicəsinin aşağı dozası hipertiroidizmi müalicə etmək üçün, yüksək dozası isə qalxanabənzər vəzi  xərçəngində cərrahi müalicəyə əlavə olaraq və ya uzaq metastazları müalicə etmək üçün istifadə edilir. Çernobılda sızan maddə də eynilə bu müalicədə istifadə olunan radioaktiv yod idi.

Qalxanabənzər vəzinin hansı xəstəliklərində atom müalicəsi aparıla bilər?

Bu məsələyə müxtəlif ölkələrdə müxtəlif cür yanaşılır. Məsələn ABŞ-da demək olar ki bütün yaş qruplarında və hipertiroidizmin bütün növlərində radioaktiv yod istifadə edilirsə İngiltərədə 1-1.5 il müddətində qalxanabənzər vəzi  hormonlarını azaldan dərman müalicəsi tətbiq edilir. Türkiyədə hər iki metoddan da istifadə edilir. Ancaq xəstənin qalxanabənzər vəzisi böyükdürsə yəni uru varsa, şübhəli düyünü varsa və ya dərman qəbuluna əks göstəriş varsa cərrahi müalicə təklif olunur.

Hipertiroidizmin müalicəsində xəstənin seçiminin də əhəmiyyəti var mı?

Xəstə qısa müddət ərzində hamiləlik arzu edirsə dərmanlarla uzun vaxt itirməmək və radiasiyadan sonra bir müddət hamiləliyi geciktirmək məcburiyyətində qalmamaq üçün qısa müddətdə nəticə alınan cərrahi müalicə tətbiq edilir. Bəzən biz cərrahlar əməliyyat üçün gələn xəstələrə əməliyyatdan başqa müalicə metodları haqqında məlumat verdikdə xəstə özü atom müalicəsini və ya dərman müalicəsini seçir.

Atom müalicəsindən sonra məhdudiyyətlər olurmu?

Bu ölkələrin radiasiya haqqında qanunlarından asılı olaraq dəyişir. Hipertiroidizmin müalicəsi üçün müəyyən bir dozadan az verilmiş radiasiyadan sonra xəstə evə buraxılır, lakin bir həftə ərzində qucağına körpə uşaq almaması tövsiyə edilir. Qalxanabənzər vəzi xərçənginin müalicəsindən sonra isə xəstə 5 gün ərzində qurğuşunla suvanmış qapalı otaqda saxlanılır. Çünki orqanizmin ifrazatlarında radiasiya olduğu üçün xəstənin yaxınlarına zərər vermək ehtimalı vardır. Xəstələr bunu bir təcrid otağı kimi qəbul edirlər. Lakin müəyyən xəstəxanalarda bunun üçün hər cür şəraiti olan lüks palatalar vardır və xəstələr  bu dövrü yaxınlarından uzaq olsalar da darıxmadan keçirirlər. Bu müalicədən sonra da körpələrə yaxınlaşmaq bir müddət məhdudlaşdırılır.

Qalxanabənzər vəzi nin hansı xəstəlikləri gözlərə də təsir edir?

Gözlərin bayırda itələnməsi və ya göz qapaqlarının yuxarıya çəkilməsi hipertiroidizmin xüsusi bir formasında rast gəlinir (Bazedov-Graves xəstəliyi). Bu halda hipertiroidizmin müvəffəqiyyətli şəkildə müalicəsi gözlərə də müsbət təsir göstərir. Lakin bəzi xəstələrdə gözlərdəki əlamətlər davam edə və ya daha da arta bilər. Belə olduqda gözlərə ayrıca müalicə tətbiq oluna bilər.

Qalxanabənzər vəzi xəstəlikləri zamanı hansı xəstələrə cərrahi müalicə təqtbiq edilir?

Cərrahı müalicə başlıca üç qrup xəstəyə tətbiq olunur. Bunlardan birincisi qalxanabənzər vəzi  xərçəngi iynə biopsiyası ilə təsdiq olunmuş və ya biopsiyada qalxanabənzər vəzi  xərçənginə şübhə olan xəstələr, ikinci qrup xoşxassəli xarakterdə olduğu düşünülən ancaq diametri getdikcə böyüyən və boyunda təzyiq əlamətləri olan xəstələr, üçüncü qrup da hipertiroidizmi dərmanla və ya radioaktiv yodla tənzimlənə bilməyən və ya tənzimlənməyəcəyi əvvəlcədən təxmin olunan xəstələr.

 Hipertiroidizm xəstəliyinin müalicə sxemi necədir?

Hipertiroidizmin cərrahi müalicəsində əsas iki məqsəd xəstəliyi ortadan qaldırmaq və bir daha təkrarlamasını önləməkdir. Bu səbəblə xüsusilə gənc yaşlarda rast gəlinən və gözlərə də təsir edən Basedow-Graves xəstəliyində əgər əməliyyat aparılacaqsa vəzinin 95%-i çıxarılmalıdır. Əməliyyatdan sonra xəstə ömür boyu qalxanabənzər vəzi  hormonu qəbul etməli olsa da xəstəliyin qeyri-kafi müalicəsi, yəni əməliyyatdan sonra da hipertiroidizmin davam etməsi və ya gələcəkdə təkrarlanması kimi arzu edilməz  iki fəsadın qarşısı alınmış olur.  Dərmana ehtiyac qalmaması məqsədi ilə çox miqdarda toxuma saxlamaq müvəffəqiyyətsizliklə nəticələnə və ikinci bir əməliyyat aparmaq məcburiyyəti yarada bilər.

 Qalxanabənzər vəzidə xoşxassəli olan lakin böyüyən düyün olduqda necə müalicə edilir?

Əgər əməliyyatdan qabaq iynə biopsiyası ilə düyünün xoşxassəli xarakterdə olduğu təyin edilmişdirsə  düyünün olduğu payın tamamən götürülməsi tövsiyə olunur. Əgər digər pay sağlamdırsa və xəstənin yaşı 50-dən yuxarıdırsa sağlam toxumanı saxlamaq olar. Çünki bu yaşdan sonra ur yaranma riski azalır. Ancaq ölkəmizdə yod çatışmazlığının və təsadüfi aşkarlanan qalxanabənzər vəzi xərçənginin artması səbəbindən cərrahlar  son illərdə qalxanabənzər vəzinin tamamən götürülməsinə üstünlük verirlər bə bu dünyada ümumi qəbul olunan metod halına gəlmişdir.

Qalxanabənzər vəzi xərçəngi əməliyyatdan əvvəl və ya əməliyyat zamanı aşkarlanarsa nə edilmək lazımdır?

Qalxanabənzər vəzi xərçənginin müalicəsi cərrahi əməliyyatla başlayır və bu da vəzinin tamamilə götürülməsi deməkdir. Qalxanabənzər vəzinin 95%-indən az hissəsi götürülərsə əməliyyatdan sonrakı radioaktiv yod müalicəsinin effektivliyi azalır və bu müalicəyə başlamamışdan əvvəl ikinci əməliyyata ehtiyac yaranır. Təcrübəli cərrahlar tərəfindən əməliyyat vaxtı xərçəng  90% hallarda gözlə müəyyən edilir.  Ancaq şübhəli hallarda və ya çox kiçik ocaqların aşkarlanması əməliyyat vaxtı toxumanı donduraraq müayinəsi ilə mümkün olur.

Qalxanabənzər vəzi xərçənginin müalicəsi niyə bu qədər mürəkkəbdir?

Qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi tamamilə komanda işidir. Endokrin cərrah, endokrinoloq, radioaktiv təbabət üzrə mütəxəssis, şüa diaqnostikası həkimi və patoloqdan ibarət komanda xəstə haqqında “eyni dildə danışaraq” və daimi ünsiyyətdə olaraq ən düzgün qərarları verə bilərlər. Qalxanabənzər vəzi xəstəliklərinin mürəkkəbliyi bu sahənin həkimlərinə başqa bir sahə ilə məşğul olmağa imkan vermir və ancaq bu şəkildə xəstəyə və xəstəliyə tam diqqət cəlb etmək olur.

Qalxanabənzər vəzi cərrahiyəsi naxış vurmaq kimi zəriflik, diqqət və həssasiyyət tələb edir. Xüsusilə də səs telləri və yaxınlıqda yerləşmiş qalxanabənzər ətraf vəziləri qorumaq məqsədi ilə çox diqqətli işləməklə yanaşı əməliyyatdan sonra xəstəliyin təkrarlamaq riskini də sıfıra yaxınlaşdırmaq lazımdır.

 Qalxanabənzər vəzi əməliyyatlarında qapalı metod istifadə olunurmu?

2004-cü ildən etibarən son texnologiyaların da köməyi ilə artıq boynun ön hissəsində 6-7 sm uzunluğunda boyunbağı şəklində tikiş izinə səbəb olan metodun əvəzinə təqribən 2.5 sm-lik kəsiklə tətbiq etdiyimiz qapalı metod qadınlarla yanaşı kişilərin də seçimi olmuşdur. Bu metoda istər kosmetik cəhətdən istərsə də əməliyyatdan sonra boyun hərəkətlərinin tez mümkün olması və ödemin olmaması kimi faktorlar səbəbindən üstünlük verilir. Ancaq bu əməliyyatlar aparılarkən mütləq  patoloq əməliyyat əsnasında götürülmüş toxumanı müayinə etməli və lazım gəldikdə qalxanabənzər vəzi tamamilə çıxarılmalıdır.

Xəstələr xəstəxanda nə qədər qalırlar?

Minimal metod tətbiq olunan xəstələr həmin gün evə qayıda bilir. Klassik metodla əməliyyat etdiyimiz xəstələr isə xəstəxanada 1 gecə yatdıqdan sonra demək olar ki, 24 saatdan tez evlərinə qayıdır. Əməliyyatdan sonra qalxanabənzər vəzi hormonlarını qəbul etməyə başlayan xəstələrin sağlam insanlardan heç bir fərqi olmur.

İyirmi ildən sonra ur tarix olacaq

Hansı qalxanabənzər vəzi xəstəlikləri zamanı əməliyyat edirsiniz?

Qalxanabənzər vəzi düyünlərinin diaqnozu üçün istifadə olunan nazik iynə biopsiyasının nəticəsi şübhəli olan və ya xərçəng diaqnozu qoyulmuş xəstələri əməliyyat edirik. Xoşxassəli olduğu məlum olan düyünlər boyunda narahatlıq yaradacaq qədər böyüyən xəstələrə də əməliyyat təklif edirik. Bu düyünlər 3-3.5sm ölçüyə çatdıqdan sonra şikayətlər yaratmağa başlayır. Yəni tennis topu ölçüsünə çatır. Xəstənin bunun fərqinə varması çətindir. Düyün xoşxassəlidirsə 3-3.5sm-ə çatana qədər gözləmək olar.

Hipertiroidizm xəstələri də əməliyyat edilirmi?

Bəli, hipertiroidizmi olan xəstələrə də əməliyyat təklif edirik. Bu xəstələrin çoxu dərmanla və ya radioaktiv yodla müalicə olunsa da bəzən bu müalicələrin heç biri effekt vermir. Belə hallarda iynə biopsiyasının nəticəsi neqativ də olsa əməliyyat düşünülür.

Qalxanabənzər vəzi xərçənginin beş dəfə artdığı xəbərləri doğrudurmu?

Bəli artmışdır. Amerikada ən sürətlə artan xərçəng növüdür. 14-cü yerdən 7 yerə yüksəlmişdir. Kişilərdə də ölümcül xərçənglər arasında yaşama müddətini uzatmaq mümkün olmayan tək xərçəng növüdür.

Bəs qalxanabənzər vəzidəki törəmənin xoş və ya bədxassəli olduğu necə müəyyənləşdirilir?

Törəməyə heç bir əlavə təsiri olmayan iynə biopsiyası aparılır. Bunu patoloq müayinə edir. Xoşxassəlidir deyirsə 95%, bədxassəlidir deyirsə 99% doğrudur. Bu səbəbdən iynə biopsiyası aparılmadan əməliyyat tövsiyə etmirəm. Əməliyyatdan sonra təcrübəsiz cərrahlar gözlənilməz nəticələrlə qarşılaşa bilər.

Əməliyyatdan nə qədər sonra xəstələr işə başlaya bilər?

Bir gün sonra evlərinə qayıda bilirlər. Ondan sonrakı gün isə işə başlaya bilərlər.

Qalxanabənzər vəzi əməliyyatları çətin əməliyyatdırmı?

İynə biopsiyasının nəticəsi təmizdirsə xərçəng riski 1%, şübhəlidirsə 50%, xərçəngdirsə 99%-dir. Bir də 10% hallarda iynə biopsiyasının nəticəsi aydın olmur. Bu xəstələrə əməliyyatdan əvvəl diaqnoz qoymaq mümkün deyil. Belə hallarda xərçəng riski 10%-dir.

Qalxanabənzər vəzi xərçəngi diaqnozu qoyulduqdan sonra müalicə necə aparılır?

Qalxanabənzər vəzi xərçəngi diaqnozu qoyulduqdan sonra qalxanabənzər vəzinin hamısı və ya ona yaxın hissəsi çıxarılır. Endoskopik yolla  2.5sm-lik kəsiklə qalxanabənzər vəzinin hamısını çıxara bilirik.