Rinofima

Rinofima nadir rast gəlinən bir xəstəlikdir. El arasında “Badımcan  burun”xəstəliyi olaraq da tanınır. Daha çox 50-70 yaş arası ağ dərili insanlarda müşahidə olunur, burun dərisinin qalınlaşması və burunun xoş olmayan bir görüntüsü ilə özünü biruzə verir. Bəzən burun dərisi o qədər qalınlaşır ki, burun dəliklərini bağlayır bu da nəfəs almanın çətinləşməsinə səbəb olur.

Rinofima - “Badımcan burun” xəstəliyiƏsl adı Rhinophyma olan xəstəlik yunan dilində olan 2 sözdən Rhis-burun,phyma-böyümə əmələ gəlmişdir. Xəstələrdə orta yaşdan sonra burun dərisi böyüyüb qalinlaşmağa başlayır, xüsusən burunun uc hissəsini əhatə edən proses bu hissədə güclü qabarma və şəkildəyişməyə səbəb olur. Bəzən isə proses burun sərhədlərini aşaraq yanaqlara yayılır. Xəstəliyə kişilərdə qadınlarda 12 dəfə çox rast gəlinir. Rinofima xəstəliyinin səbəbi dəqiq sübut  olunmasa da bəzi alimlər xəstəliyi alkoqolizmlə, hormonal pozğunluqlarla, mikrob agentləri (demodex follicolorum) və irsiyyətlə əlaqələndirirlər.

Xəstəliyin əlamətləri: burun dərisi qalınlaşır, dəridə damarlanma artdığından qabarıq sahə qızarıq olur, prosesə dəri infeksiyası qoşulursa ifrazat və pis qoxu meydana çıxa bilər.

Histoloji olaraq Rinofima xəstəliyinin 2 növü vardır:

1 – Rosacea tipi: yağ vəziləri bu tipdə artmış olur

2 – Fibroz tipi: bu növdə yağ vəziləri burun dərisində azalmış olur.

Müalicə: İstifadə olunan  müalicə metodları aşağıdakılardır:

1 – Burun dərisinin tamamilə əməliyyat edilməsi və yaranan dəri deffektinin dəri yamağı ilə örtülməsi.

2 – Burun dərisinin hissəvi əməliyyat edilməsi (tangensial eksiziya) və yaranmış yara sahəsinin dəri yamağı örtülməsi və ya müdaxilə edilmədən saqalmasına icazə verilməsi.

3 – Dermabraziya

4 – CO2 lazer ilə yandırılma

5 – Koterizasiya

Bu müalicə icərisində cərrahi üsulla dərinin kəsilib çıxarılması, koteterizasiya və lazerlə kəsilib çıxarıldılma üsullarına daha çox üstünlük verilir. Cərrahi üsulla kəsilib çıxarılmanın üstün cəhəti əməliyyat sonrası patohistoloji müayinəyə göndərilə biləcək marerialın əldə olunmasıdır. Çünki bəzi burun dərisinin bədxassəli törəmələri rinofima kimi görünə bilir.