Radiofrekans metodu

Təqribən 20 ildirki qulaq burun boğaz bölgəsində tətbiq olunan bu metod, son dərəcə uğurlu nəticələr əldə etməyə kömək edir. Bu metodda yüksək frekanslı radio dalğalar elektrodlar vasitəsilə enerjiyə çevrilir və birbaşa toxumalara göndərilir. Beləliklə toxumalara hər hansı cərrahi müdaxilə etmədən istənilən nəticəni əldə etmək olur. Ümumi olaraq radiofrekans metodu olaraq adlandırılan bu yöntəm, inqilabi yenilik olaraq qəbul edilməkdədir.

HANSI HALLARDA RADİOFREKANS METODUNDAN İSTİFADƏ OLUNUR?

Alt konka toxumalarının,yəni burun ətlərinin şişməsi səbəbilə burun tıxanıqlığı yarandıqda, sadəcə lokal(yerli) anestezi altında radiofrekans metodundan istifadə olunur. Bu zaman yüksək temperatur(istilik) yardımı ilə toxumaları kiçildirlər. Eyni zamanda yumşaq damaq və dil kökünün quruluşu səbəbilə, xorlama və yuxu apnesi problemi olan xəstələr üçün də radiofrekans üsulu qalıcı bir nəticə əldə etməyə kömək edir. Bəzi hallarda cərrahi müdaxiləyə yardımcı yöntəm olaraq da radiofrekansdan istifadə olunur.

RADİOFREKANS METODUNUN NƏTİCƏSİ NƏ ZAMAN HİSS EDİLİR?

Bu yöntəm tətbiq olunduqdan sonra xəstənin şikayətlərinin ən az olduğu metodlardan biridir. Radiofrekans yöntəminin nəzərde tutulan bölgədəki tətbiqinden sonra bir neçə günlük zəif şişlik meydana gələ bilər. Şişlik səbəbilə radiofrekansın nəticəsi xəstə tərəfindən nəzərə çarpmaya bilər. Ancaq bu şişlik qısa müddətdən sonra çəkilir və 3-4 həftə sonra isə istənilən nəticə ortaya çıxır.

RADİOFREKANSIN NƏTİCƏSİ QALICIDIRMI?

Radiofrekans metodu ciddi cərrahi müdaxilələrə ehtiyac olmadan xəstənin şikayətlərini ortadan qaldırmağa yönəlib. Bu yöntəm tətbiq olunan nahiyədə toxuma itkisi meydana gelir ve toxuma daha da kiçilir. Bununla yanaşı həmin nahiyədə fibroz toxuma olaraq adlandırılan sərt və qalıcı olan bir toxuma əmələ gəlir. Hər nə qəqər də qalıcı nəticə versə də, nadir olaraq bəzi xəstələrdə bu yöntəm təkrarlana bilər. Bu xəstələr əksər hallarda allergik problemləri olan və burun ətləri zaman keçdikcə yenidən şişən xəstələrdir.

RADİOFREKANS METODU AĞRI VERİRMİ?

Radiofrekans yömtəmi hər hansı bir ağrıya və ya narahatçılığa səbəb olmaz. Çünki bu metod tətbiq olunacaq bölgə əvvəlcədən tamamilə uyuşdurulur və beləliklə xəstə ağrı hiss etmir.

Metod haqqında video: