Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin I müsabiqəsinin nəticələrini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci il üçün Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsinin nəticələrini elan edib.

Dr. Yusif Hacıyev “Qırtlaq xәrçәngi xәstәliyinin mikrolarinqeal cәrrahiyyә ilә müalicәsindә lazerin tәtbiqi” lahiyesi ile qranta laiq görülüb:

Mәnbә:

1. http://sdf.gov.az/qrant/eif_2011_2_qalibler.pdf

2. http://sdf.gov.az/qrant/eif_results_2011-2.pdf

 

 

Otoplastika

Otoplastika nədir?

İnsanın üzündə estetik və funksional əhəmiyyəti olan qulaq seyvanlarının böyük olması, formasının düzgün olmaması və ya heç inkişaf etməməsi kimi anomaliyaları ola bilir. Bunların arasında ən çox rastlaşdığımız qulaq seyvanlarının önə doğru yerləşməsidir. Qulaqlar normal ölçüdə olsa da başla əmələ gətirdiyi bucaq böyük olduqda estetik cəhətdən ciddi problemlər yarada bilər. Bu estetik çatışmazlıq xüsusilə uşaqlıq və gənclik yaşlarında insanın psixologiyasında və sosiallaşmasında  ciddi problemlər yarada bilir. Otoplastika əməliyyatı ön tərəfə doğru böyük bucaq əmələ gətirmiş qulaq seyvanının təbii anatomik qırışlarını yenidən formalaşdıraraq normal bucaq əmələ gətirmə əməliyyatıdır.

Continue reading “Otoplastika”

QULAQLARDA KÜY (TINNITUS)

Xaricdən heç bir səs və ya elektrik qıcığı gəlmədiyi halda qulaqda və ya başda eşidilən cingilti, uğultu və ya gurultu kimi hər hansı səs qulaqda küy adlandırılır.

Qulaqlarda küy ayrıca bir xəstəlik deyil eşitmə sistemindəki hər hansı bir çatışmazlığın əlamətidir. Bu iştahasızlıq, ürəkbulanma, qarında ağrı, başağrı, başgicəllənmə, eşitmənin itməsi kimi bir şikayət olub qulaq-burun-boğaz poliklinikalarında ən çox rast gəlinən şikayətlərdəndir.

Qulaqlarda küy xəstənin həyatı üçün təhlükəli olan bir xəstəliyin ilkin və ya ən qabarıq əlaməti olmasa da yaratdığı psixoloji problemlərlə xəstənin və ailə üzvlərinin həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

Continue reading “QULAQLARDA KÜY (TINNITUS)”

BURUN TUTULMASI

SƏBƏBLƏRİ

Əhalinin 80%-də 2-4 saat fasilə ilə burnun sağ və sol yarısında fizioloji burun tutulmasına rast gəlinir. Burnun selikli qişasının tənəffüs zamanı havanı nəmləndirmək, qızdırmaq və təmizləmək kimi funksiyaları vardır. Selikli qişaların periodik olaraq qalınlaşması rahat nəfəs almağa maneə yarada bilər. Bu xəstəlik olmasa da bəzi insanlarda narahatlığa səbəb ola bilər.

Struktur problemləri

Burnun sağ və sol yarısını ayıran sümük və qığırdaq toxumasının sağa ya da sola doğru əyri olmasıdır. Bu havanın keçməsinə mexaniki maneə yaradır. Çəpər əyriliyi anadangəlmə və ya travma ilə bağlı ola bilər. Balıqqulağı adlandırılan və tənəffüs etdiyimiz havanın qızdırılaraq nəmləndirilməsinə cavabdeh olan burundaxili strukturlar da bəzən normadan böyük ola bilər.

Uşaqlarda burun tutulmasının mühüm səbəblərindən biri də adenoidlərin böyük olmasıdır. (Xalq arasında buna “burunda artıq ət” deyilir.)

Continue reading “BURUN TUTULMASI”

REFLYUKS

Dərman müalicəsi ilə yanaşı həyat tərzində  bir sıra dəyişikliklər etmək reflyuksun aradan qaldırılmasında mühüm rol oynayır.

Reflyuksun yaranmaması üçün gündəlik həyat tərzini və yemək vərdişlərini nizamlamaq müalicənin hər dövründə vacibdir. Bunlardan ən əhəmiyyətliləri aşağıdakılardır:

1. Yatarkən bədənin yuxarı hissəsinin və başın yüksəkdə durması vacibdir. Bunun üçün yastıq sayını artırmaq və ya yatağın baş hissəsini yüksəltmək lazımdır.

2. Axşam yeməyini mümkün qədər erkən yeməyə vərdiş etməli, yeməklə yatmaq arasında en az 2-3 saat vaxt olmasına diqqət edilməlidir.

Continue reading “REFLYUKS”

Burnun estetik əməliyyatı (Rinoplastika)

ƏMƏLİYYATDAN SONRAKI DÖVRDƏ TÖVSİYYƏLƏR:
Burnun üzərindəki gips 7-15 gün qalacaq. Gipsi islanmaqdan qorumaq lazımdır. Tərin təsiri ilə gipsin boşalacağını nəzərə alaraq isti yerlərdə qalmamalısınız.
Dişlərinizi ilk 10 gün çox diqqətlə fırçalamalısınız. Xüsusilə ön dişlərinizi fırçalayarkən diqqətli olun və yumşaq fırçadan istifadə edin.
Əməliyyatdan sonra ağır fiziki aktivliklə məşğul olmayın. Bir həftə ərzində həddindən artıq mimiki hərəkətlərdən və gülməkdən uzaq durun.
Üzünüzə və burnunuza 3 həftə ərzində sərt şəkildə toxunmayın.
Əməliyyatdan sonrakı 6 həftə müddətində günəş şüalarının altında uzun müddət durmamağınız məsləhət görülür. Yüksək temperatur burunda şişməyə səbəb ola bilər (40-50 dərəcədə günəş qoruyucusundan və papaqdan istifadə etmək faydalıdır).

Continue reading “Burnun estetik əməliyyatı (Rinoplastika)”

Eşitmə Problemləri

Səbəbləri

Xarici qulaqla əlaqəli səbəblər:
1. Qulaq çirki
2. Xarici qulaq yolunun iltihabı
3. Qulaq seyvanın olmaması
4. Xarici qulaq yolunun anadangəlmə qapalı olması

Orta qulaqla əlaqəli səbəblər:
1. Orta qulağın iltihabı
2. Qulaq pərdəsinin zədələnməsi
3. Qulaq pərdəsinin çökməsinə səbəb olan xəstəliklər
4. Orta qulaq sümükcüklərində kirəcləşmə

Continue reading “Eşitmə Problemləri”

Başgicələnmə (Vertigo)

Nədir?

Vertigo xalq arasında başgicəllənmə adlandırılan şikayətdir. Xəstə ətrafının və özünün fırlandığını hiss etdiyini deyir. Bəzən bu elə şiddətli olur ki xəstə heç bir hərəkət edə bilmir, ürəkbulanması və qusma halları baş verir. Bundan başqa ingiliscə “dizziness” adlandırılan lakin azərbaycanca qarşılığı olmayan ani və ya davamlı olaraq hiss edilən başda boşluq hissi, ağırlaşma hissi və ya buna bənzər gün ərzində ayaqüstü keçirilən şikayətlər də ola bilər. Xəstələrimizin bəziləri bunu da baş gicəllənməsi adlandırırlar.

VERTIGO XƏSTƏLİK DEYİL, xəstəlik əlamətidir.

Continue reading “Başgicələnmə (Vertigo)”

Üzün cavanlaşdırılması

Qöz qapaği əməliyyatları

İllər ərzində cazibə qüvvəsi, mimiki əzələlərin işləməsi, günəş şüaları, siqaret, spirtli içkilər, isti və soyuq hava  kimi çoxlu sayda zərərli faktorlara məruz qalmış üz dərisini və dərialtı toxumasını sehirli bir çubuq kimi əvvəlki vəziyyətinə qaytaracaq həlledici bir üsul yoxdur.
Üz və boynu gərmək üçün dərini, dəri altındaki  bağları  hətta sümüküstlüyünü təbəqələr şəklində qaldırmaq ve asmaq üçün müxtəlif metodlar var.
Gicgah nahiyəsində dərinin saçlarla örtülü hissəsindən başlayaraq qulağın daxilindən və ya önündən keçərək, qulaq arxasına ve ənsə nahiyəsinə qədər uzanan cərrahi kəsik metodları olduğu kimi, minimal kəsiklər ve asmalara imkan verən metodlar da mövcuddur.

Continue reading “Üzün cavanlaşdırılması”

Səs Problemləri

Səs sağlamlığı üçün diqqət ediləcək xüsuslar:

Danışıq vərdişləri ilə yanaşı yemək və yuxu rejimi, sosial vərdişlər səsin istifadəsini yenidən qaydaya salmaq üçün vacib əhəmiyyət kəsb edir. Bununla bərabər loqopeddən öyrəniləcək metodlarla səsin düzgün istifadəsi məsələsində mühüm addım atılmış olacaq.

Continue reading “Səs Problemləri”