12 addımda Rinoplastika – estetik burun əməliyyatı

İnsanların ən çox soruşduğu suallardan biri də estetik burun əməliyyatı prosesi barədədir: “Estetik burun əməliyyatı olunmaq istəyirəm. Nə etməliyəm?”

Bunu nəzərə alaraq addım-addım əməliyyat prosesini izah edən “12 mərhələdə Rinoplastika – estetik burun əməliyyatları” infografikasını hazırladıq.  Onu aşağıda diqqətinizə təqdim edirik.

Şəkli böyütmək üçün üzərinə klikləyə bilərsiniz.

12 mərhələdə Rinoplastika - burun estetik əməliyyatı.
Addım-addım rinoplastika – estetik burun əməliyyatı prosesi.

Burun Plastikası – Rinoplastika

Burnunun quruluşunda problem olan, burnunun özünə yaraşmadığını düşünən, burundaxili funksiyalarda çatışmazlıq hiss edən, qısaca burnundan narazı olan insanlarda burnun estetik əməliyyatı aparıla bilər.

Burnun müasir estetik əməliyyatları kimlər üçün münasibdir?

Burnunun quruluşunda problem olan, burnunun özünə yaraşmadığını düşünən, burundaxili funksiyalarda çatışmazlıq hiss edən, qısaca burnundan narazı olan insanlarda burnun estetik əməliyyatı aparıla bilər. Dərin psixoloji problemləri olan xəstələri bura aid etmək olmaz. Continue reading “Burun Plastikası – Rinoplastika”

Rinofima

Rinofima nadir rast gəlinən bir xəstəlikdir. El arasında “Badımcan  burun”xəstəliyi olaraq da tanınır. Daha çox 50-70 yaş arası ağ dərili insanlarda müşahidə olunur, burun dərisinin qalınlaşması və burunun xoş olmayan bir görüntüsü ilə özünü biruzə verir. Bəzən burun dərisi o qədər qalınlaşır ki, burun dəliklərini bağlayır bu da nəfəs almanın çətinləşməsinə səbəb olur.

Rinofima - “Badımcan burun” xəstəliyi Continue reading “Rinofima”

Burnun estetik əməliyyatı (Rinoplastika)

ƏMƏLİYYATDAN SONRAKI DÖVRDƏ TÖVSİYYƏLƏR:
Burnun üzərindəki gips 7-15 gün qalacaq. Gipsi islanmaqdan qorumaq lazımdır. Tərin təsiri ilə gipsin boşalacağını nəzərə alaraq isti yerlərdə qalmamalısınız.
Dişlərinizi ilk 10 gün çox diqqətlə fırçalamalısınız. Xüsusilə ön dişlərinizi fırçalayarkən diqqətli olun və yumşaq fırçadan istifadə edin.
Əməliyyatdan sonra ağır fiziki aktivliklə məşğul olmayın. Bir həftə ərzində həddindən artıq mimiki hərəkətlərdən və gülməkdən uzaq durun.
Üzünüzə və burnunuza 3 həftə ərzində sərt şəkildə toxunmayın.
Əməliyyatdan sonrakı 6 həftə müddətində günəş şüalarının altında uzun müddət durmamağınız məsləhət görülür. Yüksək temperatur burunda şişməyə səbəb ola bilər (40-50 dərəcədə günəş qoruyucusundan və papaqdan istifadə etmək faydalıdır).

Continue reading “Burnun estetik əməliyyatı (Rinoplastika)”