Otoplastika

Otoplastika nədir?

İnsanın üzündə estetik və funksional əhəmiyyəti olan qulaq seyvanlarının böyük olması, formasının düzgün olmaması və ya heç inkişaf etməməsi kimi anomaliyaları ola bilir. Bunların arasında ən çox rastlaşdığımız qulaq seyvanlarının önə doğru yerləşməsidir. Qulaqlar normal ölçüdə olsa da başla əmələ gətirdiyi bucaq böyük olduqda estetik cəhətdən ciddi problemlər yarada bilər. Bu estetik çatışmazlıq xüsusilə uşaqlıq və gənclik yaşlarında insanın psixologiyasında və sosiallaşmasında  ciddi problemlər yarada bilir. Otoplastika əməliyyatı ön tərəfə doğru böyük bucaq əmələ gətirmiş qulaq seyvanının təbii anatomik qırışlarını yenidən formalaşdıraraq normal bucaq əmələ gətirmə əməliyyatıdır.

Continue reading “Otoplastika”

QULAQLARDA KÜY (TINNITUS)

Xaricdən heç bir səs və ya elektrik qıcığı gəlmədiyi halda qulaqda və ya başda eşidilən cingilti, uğultu və ya gurultu kimi hər hansı səs qulaqda küy adlandırılır.

Qulaqlarda küy ayrıca bir xəstəlik deyil eşitmə sistemindəki hər hansı bir çatışmazlığın əlamətidir. Bu iştahasızlıq, ürəkbulanma, qarında ağrı, başağrı, başgicəllənmə, eşitmənin itməsi kimi bir şikayət olub qulaq-burun-boğaz poliklinikalarında ən çox rast gəlinən şikayətlərdəndir.

Qulaqlarda küy xəstənin həyatı üçün təhlükəli olan bir xəstəliyin ilkin və ya ən qabarıq əlaməti olmasa da yaratdığı psixoloji problemlərlə xəstənin və ailə üzvlərinin həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

Continue reading “QULAQLARDA KÜY (TINNITUS)”

Eşitmə Problemləri

Səbəbləri

Xarici qulaqla əlaqəli səbəblər:
1. Qulaq çirki
2. Xarici qulaq yolunun iltihabı
3. Qulaq seyvanın olmaması
4. Xarici qulaq yolunun anadangəlmə qapalı olması

Orta qulaqla əlaqəli səbəblər:
1. Orta qulağın iltihabı
2. Qulaq pərdəsinin zədələnməsi
3. Qulaq pərdəsinin çökməsinə səbəb olan xəstəliklər
4. Orta qulaq sümükcüklərində kirəcləşmə

Continue reading “Eşitmə Problemləri”