Ur (zob) və qalxanabənzər vəzininin xəstəlikləri

Ur qalxanabənzər vəzinin müxtəlif səbəblər nəticəsində böyüməsinə deyilir. Qalxanabənzər vəzi boynun ön nahiyəsində yerləşmiş, hormon əmələ gətirən kəpənəkşəkilli vəzidir. Qalxanabənzər vəzi əmələ gətirdiyi hormonlarla orqanizmi sanki batareya kimi enerji ilə təmin edir.

Ur qalxanabənzər vəzinin müxtəlif səbəblər nəticəsində böyüməsinə deyilir. Qalxanabənzər vəzi boynun ön nahiyəsində yerləşmiş, hormon əmələ gətirən kəpənəkşəkilli vəzidir. Qalxanabənzər vəzi əmələ gətirdiyi hormonlarla orqanizmi sanki batareya kimi enerji ilə təmin edir. Qalxanabənzər vəzi hormonlarının normadan artıq yarandığı vəziyyətə hipertireoidizm, normadan az yarandığı vəziyyətə isə hipotireoidizm deyilir. Hipertireoidizmli xəstələrdə həddindən artıq hərəkətlilik, ürəkdöyünmə, əllərdə əsmə, həddindən artıq iştahanın olmasına baxmayaraq çəkidə azalma, əsəbilik, tərləmə kimi şikayətlər rast gəlinir. Hipotireoidizm olan xəstələrdə isə hərəkətliliyin azalması, çəkinin artması, orqanizmdə suyun toplanması, dəridə quruluq, qəbizlik kimi şikayətlər tez-tez meydana çıxır. Continue reading “Ur (zob) və qalxanabənzər vəzininin xəstəlikləri”

REFLYUKS

Dərman müalicəsi ilə yanaşı həyat tərzində  bir sıra dəyişikliklər etmək reflyuksun aradan qaldırılmasında mühüm rol oynayır.

Reflyuksun yaranmaması üçün gündəlik həyat tərzini və yemək vərdişlərini nizamlamaq müalicənin hər dövründə vacibdir. Bunlardan ən əhəmiyyətliləri aşağıdakılardır:

1. Yatarkən bədənin yuxarı hissəsinin və başın yüksəkdə durması vacibdir. Bunun üçün yastıq sayını artırmaq və ya yatağın baş hissəsini yüksəltmək lazımdır.

2. Axşam yeməyini mümkün qədər erkən yeməyə vərdiş etməli, yeməklə yatmaq arasında en az 2-3 saat vaxt olmasına diqqət edilməlidir.

Continue reading “REFLYUKS”

Səs Problemləri

Səs sağlamlığı üçün diqqət ediləcək xüsuslar:

Danışıq vərdişləri ilə yanaşı yemək və yuxu rejimi, sosial vərdişlər səsin istifadəsini yenidən qaydaya salmaq üçün vacib əhəmiyyət kəsb edir. Bununla bərabər loqopeddən öyrəniləcək metodlarla səsin düzgün istifadəsi məsələsində mühüm addım atılmış olacaq.

Continue reading “Səs Problemləri”