BURUN TUTULMASI

SƏBƏBLƏRİ

Əhalinin 80%-də 2-4 saat fasilə ilə burnun sağ və sol yarısında fizioloji burun tutulmasına rast gəlinir. Burnun selikli qişasının tənəffüs zamanı havanı nəmləndirmək, qızdırmaq və təmizləmək kimi funksiyaları vardır. Selikli qişaların periodik olaraq qalınlaşması rahat nəfəs almağa maneə yarada bilər. Bu xəstəlik olmasa da bəzi insanlarda narahatlığa səbəb ola bilər.

Struktur problemləri

Burnun sağ və sol yarısını ayıran sümük və qığırdaq toxumasının sağa ya da sola doğru əyri olmasıdır. Bu havanın keçməsinə mexaniki maneə yaradır. Çəpər əyriliyi anadangəlmə və ya travma ilə bağlı ola bilər. Balıqqulağı adlandırılan və tənəffüs etdiyimiz havanın qızdırılaraq nəmləndirilməsinə cavabdeh olan burundaxili strukturlar da bəzən normadan böyük ola bilər.

Uşaqlarda burun tutulmasının mühüm səbəblərindən biri də adenoidlərin böyük olmasıdır. (Xalq arasında buna “burunda artıq ət” deyilir.)

Ekoloji səbəblər.
Hava çirkliliyi, siqaret tüstüsünə məruz qalmaq kimi faktorlar da bəzi insanlarda burundaxili toxumaların böyüməsinə səbəb ola bilər.
Xüsusilə hamiləlik dövründə estrogen metabolizmi ilə əlaqədar meydana çıxa bilər

 

İnfeksiyalar.
Tez-tez keçirilən infeksiyalar da burundaxili strukturların zədələnməsinə səbəb ola bilər. İnfeksiyalar zamanı yaranan tünd və yapışqan ifrazat burun tutulmasına yol açtığı kimi burundaxili strukturlarda zədələnmə və böyüməyə də səbəb ola bilər.

Poliplər
Burnun daxilində yaranan və normada olmayan allergik toxumalardır.
Allergiyalar.
Burnun selikli qişası və daxilindəki yumşaq toxumalar yad maddələrə həddindən artıq güclü reaksiya göstərə bilər ki, bunun nəticəsində burun tutulması yaranır.

Paylaşın:

Şərhə bağlıdır.