Burun damlası və spreylərin yalnış istifadəsi

Bəzi burun damlası və ya spreylərin uzun müddət istifadəsinə bağlı rinit mənzərəsi də yaranır ki, buna da rebound rinit deyilir. Bu dərmanlar damarları daraldaraq qısa bir müddət üçün rahatlama verir. Eyni zamanda burunda quruma, qabuqlanma və qanama da olur. Get-gedə dərmanın selikli qişadakı təsiri azaldığı üçün xəstə daha sıx istifadə etməyə başlayır. Nəticədə artıq dərmanların təsirinə cavab verməyən, damarların divarında elastiklik itmiş bir hala gələr.

Burun spreyləriDaimi olaraq bir çox insanın gündəlik qəbul etdiyi bəzi dərmanlar hipotenziv (təzyiqi tənzimləmək üçün),  antidepressantlar,  oral kontraseptlər,  aspirin və s. fərqli yollarla burunun selikli qişasını zədələyərək rinit əlamətlərinin meydana çıxmasına şərait yaradır. Bu medikomentoz rinit adlanır.

Eyni zamanda bəzi burun damlası və ya spreylərin uzun müddət istifadəsinə bağlı rinit mənzərəsi də yaranır ki, buna da rebound rinit deyilir. Bu dərmanlar damarları daraldaraq qısa bir müddət üçün rahatlama verir. Eyni zamanda burunda quruma, qabuqlanma və qanama da olur. Get-gedə dərmanın selikli qişadakı təsiri azaldığı üçün xəstə daha sıx istifadə etməyə başlayır. Nəticədə  artıq dərmanların təsirinə cavab verməyən, damarların divarında elastiklik itmiş bir hala gələr.  Bu vəziyyət hətta 3-7 gün sonra belə ortaya çıxa bilər. Damarlar genişlənərək hava yollarını tıxayır və burun balıqqulaqları da şişkinləşərək xəstənin tamamilə burun tənəffüsünü  çətinləşdirir.

Bu xəstəliyin müalicəsində həkimlə xəstənin birgə əməyi çox önəmlidir, ilk olaraq dərman qəbulu kəsilməlidir. Balıqqulağıların yüksək dərəcəli böyüdüyü hallarda onların səhv olaraq kəsildiyinə rast gəlinirdi əvvəllər. Halbuki, həmin balıqqulağılar bizim orqanizm üçün çox əhəmiyyətli orqandır. Müasir zamanda isə onlar “radiofrekans” cihazı ilə büzüşdürülərək kiçildilir, öz funksiyasını icra edir.

Foto:nydailynews.com