BURUN ƏTİ ƏMƏLİYYATI (ADENOİDEKTOMİYA)

BURUN ƏTİ ƏMƏLİYYATINA (ADENOİDEKTOMİYA) GÖSTƏRİŞ OLAN HALLAR

  • İnfeksiyaya bağlı səbəblər
  • İldə 5 və daha artıq antibiotik müalicəsi lazım olan burun əti infeksiyası
  • Müalicəyə davamlı burun əti iltihabı (adenoidit)
  • Orta qulaq xəstəlikləri (Adenoid böyüməsi ilə bərabər, ya da bariz böyümə olmadan)
  • Orta qulaqda müalicəyə cavab verməyən maye toplanması
  • Tez-tez orta qulaq iltihabı
  • Qulaq pərdəsində deşik olub axıntının kəsilmədiyi hallar
  • Müalicəyə cavab verməyən xroniki sinusit
  • Tıxanma – Obstruksiyaya bağlı səbəblər
  • Güclü xoruldama və yatarkən ağız tənəffüsü
  • Obstruktiv apnoe sindromu
  • Adenoid hipertrofiyası ilə bərabər xroniki ağciyər xəstəliyi, inkişafda geriləmə, danışığın pozulması
  • Oklyuziya pozulması və ağız tənəffüsünə bağlı diş problemləri
  • Üz sümüklərində inkişaf pozulmaları

Xüsusilə təkrarlayan infeksiyalara bağlı əməliyyat qərarı verərkən xəstələrin ümumi vəziyyəti, gündəlik həyatı, iş və dərs həyatına təsir etmə dərəcəsi, allergiyasının olması, diaqnozun qoyulduğu mövsümi dəyişikliklər də nəzərə alınmalıdır. Yay mövsümündə bu infeksiyalar azalmaqda olduğundan diaqnozu yazda qoyulan xəstələrə payıza kimi gözləmək tövsiyyə oluna bilər, bu vaxt ərzində isə bədən müqavimətini artıran müalicə və peyvəndlərin olunması, allergiyanın nəzarət altına alınması aparıla bilər. Antibiotik müalicəsi hər zaman əməliyyat üçün bir alternativ olmaqla bərabər, sıx antibiotik istifadəsinə bağlı rezistentliyin əmələ gəlməsi, mədə bağırsaq sisteminə təsirləri, allergik reaksiyaları diqqətə alınmalıdır. Depo penisillin istifadəsi  ağrılı olması və ciddi allergiya risk səbəbi ilə tez-tez istifadə edilməməlidir.

Uşaq iflici peyvəndinin yay aylarında aparıldığı vaxtlarda badamcıq və burun əti əməliyyatlarını yay aylarında aparmamaq məsləhət idi. Günümüzdə bu peyvəndin standart olaraq aparılmaması səbəbi ilə artıq yay aylarında da burun əti və ya badamcıq əməliyyatı aparıla bilər. Ancaq xüsusilə azyaşlı uşaqlarda əsasən badamcıq əməliyyatları sonrasında uşağın lazımi qədər maye almamasına görə problem ola biləcəyi nəzərə alınmalıdır. Orta qulaqda sıx təkrarlayan, ya da müalicə ilə keçməyən maye toplanması səbəbi ilə ventilyasiyalı borucuq taxılmasına qərar verilən uşaqlarda bu əməliyyat vaxtı tıxanıqlıq yaratmasa da infeksiyanın olma tezliyini azaltmaq səbəbindən burun ətini də xaric etmək olar.

[g-gallery gid=”364″ random=”1″ watermark=”0″]