Burnun estetik əməliyyatı (Rinoplastika)

ƏMƏLİYYATDAN SONRAKI DÖVRDƏ TÖVSİYYƏLƏR:
Burnun üzərindəki gips 7-15 gün qalacaq. Gipsi islanmaqdan qorumaq lazımdır. Tərin təsiri ilə gipsin boşalacağını nəzərə alaraq isti yerlərdə qalmamalısınız.
Dişlərinizi ilk 10 gün çox diqqətlə fırçalamalısınız. Xüsusilə ön dişlərinizi fırçalayarkən diqqətli olun və yumşaq fırçadan istifadə edin.
Əməliyyatdan sonra ağır fiziki aktivliklə məşğul olmayın. Bir həftə ərzində həddindən artıq mimiki hərəkətlərdən və gülməkdən uzaq durun.
Üzünüzə və burnunuza 3 həftə ərzində sərt şəkildə toxunmayın.
Əməliyyatdan sonrakı 6 həftə müddətində günəş şüalarının altında uzun müddət durmamağınız məsləhət görülür. Yüksək temperatur burunda şişməyə səbəb ola bilər (40-50 dərəcədə günəş qoruyucusundan və papaqdan istifadə etmək faydalıdır).


Burun əməliyyatlarından sonra göz altında və üzdə şişkinliklər olur. Müasir əməliyyat metodlarında belə hallara nisbətən az rast gəlinir. Bu şişkinliklər 1-2 həftə ərzində çəkilir.
Həkiminizin təyin etdiyi dərmanlardan başqa qətiyyən dərman istifadə etmək olmaz.
Əməliyyatdan sonrakı 5 gün ərzində kontakt linza, 16 həftə ərzində isə gün eynəyi taxmamağınız, bundan sonra isə yüngül çərçivəli eynəkdən istifadə etməyiniz məsləhət görülür.
Gips açıldıqdan sonra burnunuzun dərisini maye sabunla və ya losyonla təmizləyə bilərsiniz. Sarğılar açıldıqdan sonra kosmetikadan istifadə etməyinizə icazə verilir.