Bir konqresin ardından..

Türk Milli Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Konqresi haqqında qeydlərimi qısaca sizinlə paylaşmaq istəyirəm.

Bu il 35-cisi keçirilən Konqres, 2-6 Noyabr 2013 tarixlərində Antalya Maxx Royal otelində baş tutdu.

Hər uçuş zamanı bilet qeydiyyatında yaşadığım dialoqum bu dəfə də təkrarlandı. Uzunboylu olmağın mənfi cəhətlərindən biri də nəqliyyat vasitələrində çəktiyim əziyyədir. Buna görə də təyyarənin təhlükəsizlik çıxışlarının önündə olan oturacaqlarına qeydiyyata düşmək hər səfərdə yaşadığım məcaradır.

EXIT oturacaqda rahat bir səyahətdən sonra Antalya qovurucu istisilə bizə xoş gəldin dedi. Bu mövsümdə Antalya tətil libasını tamamilə konqres havasına uygun olaraq dəyişmiş olur. Hava limanı çıxışında mənim saya bildiyim ən az 10 ayrı konqresə aid poster gözə dəyirdi.

Türk milli konqresləri mənim həyatımda çox vacib yer tutur. Amma bu konqres diğərlərindən daha fərqlidir. Həm xarici qonaqların çıxışları, həm də Turkiyənin ayrı-ayrı universitetlərindən gələn biri birindən dəyərli hocaların çıxışları konqresin elmi olaraq daha dolğun və daha maraqlı keçməsinə səbəb oldu.

Ən vacib məqamlardan biri də odur ki, illərlə bir yerdə işlədiyimiz, birlikdə sevinib, birlikdə kədərləndiyimiz həkim dostlarımızı və üzərimizdə çox müqəddəs əməyi olan qiymətsiz müəllimlərimizi məhz bu konqresdə bir arada görürük. Ona görə də, bu konqresin könlümüzdə ayrı yeri var.

Konqresə Azərbaycandan da maraq az deyildi. Həkimləri Təkmilləşdirmə İnstitutu demək olar ki, bütün heyəti ilə iştirak edirdi. Turkiyədə təhsilləri davam edən azərbaycanlı həkimlər də öz kafedralarında gördükləri elmi işləri paylaşaraq konqresdə aktif iştirak edirdilər.

Məni ən çox sevindirən hallardan biri də odur ki, bizim Azərbaycanda insanlara göstərdiyimiz tibbi xidmətin Türkiyədən geri qalmamaqla birlikdə, bir çox inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldiyini bu konqresdə görürəm. Bu mənzərəyə baxıb deyə bilərəm ki, çox yox, təxminən 5 il sonra Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi sahəsində Azərbyacanın səsinin bir çox dünya ölkələrindən gəldiyini siz də görəcəksiniz.