BADAMCIQ ƏMƏLİYYATI (TONSİLLEKTOMİYA)

BADAMCIQ: Boğazda və əsnəkdə olan və görünüşcə badama oxşayan vəzi

Badamcıq və burun ətinin cərrahi əməliyyatla götürülmə qərarı müxtəlif göstərişlər əsasında verilə bilər.

BADAMCIQ ƏMƏLİYYATINA (TONSİLLEKTOMİYA) GÖSTƏRİŞ OLAN HALLAR

  • Təkrarlayan kəskin tonzillit (ildə beşdən, üst-üstə iki il, ildə üçdən artıq olması)
  • Təkrarlayan kəskin tonzillit ilə birlikdə ürək-qapaq xəstəlikləri
  • Qızdırmalı vəziyyətlər
  • Xroniki tonzillitdə müalicəyə cavab verməyən
  • Ağız qoxusu
  • Davamlı boğaz ağrısı
  • Ağrılı boyun limfa vəzlərinin böyüməsi
  • Tibbi müalicəyə cavab verməyən infeksion daşıyıcılıq
  • Badamcıq çevrəsinin absesə çevrilmiş olması
  • Boğazda tıxanma yaradan (obstruktiv ) böyümələr
  • Xoruldama və xroniki ağız tənəffüsü
  • Obstruktiv (tıxayıcı) yuxu apnoesi sindromu
  • Adenoid ve tonzillalarda böyümə ilə bərabər
  • Ağciyər təzyiqinin artması xəstəliyi – Korpulmonale
  • Yeyərkən narahatlıq
  • Danışmada pozuntular
  • İnkişafda gerilik
  • Çənə qapamanın (oklyuziya) pozulması
  • Üz sümüklərində (kraniofasial) inkişaf pozulmaları
  • Şiş (malignans) şübhəsi (assimetrik böyümə)

BADAMCIQ ƏMƏLİYYATI (TONSİLLEKTOMİYA)

Badamcıqların xüsusilə ilk 3 yaşda bədən müqavimət sisteminin (immun sistem) inkişafındakı yeri nəzərə alınaraq, tənəffüs yolunun tutulmasına səbəb olacaq səviyyədə böyümə olmayana qədər cərrahi müdaxilənin gecikdirilməsi, ya da çox böyük badamcıqların radiofrekans ilə kiçildilməsi seçilə bilər.

 

Əməliyyat ümumi anesteziya altında aparılır və 10-20 dəqiqə davam edir, ancaq xəstənin anesteziya üçün hazırlanması, əməliyyat sonrası qanama kontrolu ve anesteziyanın sonlandırılması mərhələləri ilə birlikdə ümumi vaxt 45-60 dəqiqə çəkir. Standart badamcıq əməliyyatlarında olan təxmini qan itkisi nəzərə alınaraq, çəkisi 10 kg-dan yüngül uşaqlarda badamcıq əməliyyatının aparılması məsləhət görülmür.

THERMAL WELDING Teknologiyasının istifadəyə başlamasından sonra badamcıq əməliyyatlarında qan itkisi demək olar ki olmur, buna görə də günümüzdə xəstənin çəkisi əməliyyat üçün kriteriya deyil. (Şəkil 1).

Şəkil 1: THERMAL WELDING ilə badamcıq əməliyyatı.

THERMAL WELDING ilə aparılan əməliyyatlarda əməliyyat vaxtı qanama olmamasından başqa ağrının daha az olması sağalmanın qısa müddətdə baş verməsinə və xəstələrin daha tez normal pəhrizə keçə bilməsinə kömək edir.

Əməliyyat vaxtı badamcıqlar kapsulları ilə birlikdə tamamilə xaric olunur. Bəzi xəstələrdə əməliyyatdan sonra dil kökündəki limfa toxuması badamcıq sahəsinənin alt qütbünə doğru böyüyür. Bu toxumada kriptalar olmadığından xroniki infeksiya ocağının da olma ehtimalı aşağıdır.

Xüsusilə böyük ölçülü badamcıqların çıxarılması zamanı yaranın tez sağalması və əməliyyat sonrası ağrını azaltmaq məqsədi ilə yara yerinə öz-özünə əriyən tikişlər qoyularaq kiçildilə bilər. THERMAL WELDING ile aparılan əməliyyatlar sonrasında bu üsul daha az lazım olur.

10 yaşdan balaca uşaqlar özlərini xəstəxana şəraitinə nisbətən evdə daha yaxşı hiss etdikləri üçün 2-3 saat nəzarət altında qaldıqdan sonra evlərinə yazıla bilərlər. Xəstəxanadan çox uzaq məsafədə yaşayan xəstələrin və həmçinin yanaşı xəstəlikləri (diabet xəstəliyi, ürək xəstəliyi, ağciyər xəstəliyi) olan bütün xəstələrin əməliyyatdan sonra ən azı 1 gün xəstəxanada nəzarət altında qalması məsləhətdir.

TONZİLLEKTOMİYADAN SONRA MƏSLƏHƏTLƏR

Əməliyyatdan sonra ilk 2-3 gün ərzində tüpürcəklə qarışıq çəhrayı rəngli zəif qanaxma ola bilər. Təzə qırmızı qan və ya qanlı qusma olarsa həkiminizə xəbər verin.

AĞRI

Əməliyyatdan sonra 2 həftə boyunca bir qədər ağrı olması təbiidir. Ümumiyyətlə uşaqlarda ağrı daha az və qısamüddətli olub 3-4 gün ərzində daha da azalır.

Ağrı xüsusilə udqunanda və udma vaxtı olur və qulağa vura bilər.

Ağrının dərəcəsi insandan insana dəyişə bilər. Əsasən sadə ağrıkəsicilər kifayət edir, ancaq bəzi insanlarda daha güclü ağrıkəsici dərmanların istifadəsı lazım gələ bilər.

QİDALANMA HAQDA MƏLUMAT

Əməliyyatdan sonra ilk 3-4 saatlıq vaxtda xəstə tam olaraq anesteziyanın təsirindən çıxmadığı üçün yeməsi ve içməsi qadağandır. Nə vaxt ağız yolu ilə qida alacağınızı tibb bacıları  sizə söyləyəcəkdir.

Əsasən bol, ilıq su içməli, yumşaq, ilıq, qıcıqlandırmayan qidalar qəbul edilməlidir.

Əməliyyat günü və əməliyyatdan sonra 1-ci gün: az miqdarda ancaq tez-tez su, süd, meyvə suları, kompot, şərbət, dondurma, bulyon, buzlu çay, ayran.

Əməliyyatdan sonra 2-3-cü günlər: əlavə olaraq otaq temperaturunda qatıq, kartof əzməsi, makaron kimi yumşaq qidalar.

4-cü gündən sonra: qıcıqlandırıcı və çox isti olmamaq şərti ilə normal pəhrizə başlamaq olar, ilk 2 həftə ərzində qıcıqlandırma və zədələmə riski olan suxarı, peçenye, kraker qəbul etmək olmaz.

Əməliyyatdan sonra 2 həftə ərzində ağrıkəsici dərmanların köməyi olmadan qidaları rahat udmaya bilərsiniz

Yadda saxlayın:

Turş məhsullardan uzaq durun (qazlı içkilər, potağal suyu, limon suyu və s.)

Çoxlu maye qəbul edin

Qırmızı və qəhvəyi rəngli qidaları və içkiləri mümkün qədər qəbul etməyin (qanaxma ilə qarışa bilər)

Acı və ədviyyatlı qidalardan uzaq durun

DANIŞIQ

Əməliyyatdan sonra burun danışığının olması normaldır və bu vəziyyət 3 həftəyə qədər davam edə bilər. Nadir hallarda isə bu daha uzun müddətdə davam edir, əsasən müalicəyə tabe olur. Səsin formalaşmasında boğazdakı hava boşluğunun həcminin rolu vardır, bu səbəbdən badamcıqların ölçüsündən asılı olaraq əməliyyatdan sonra səs tonunda zəif dəyişiklik əmələ gələ bilər.

HƏRARƏT

Əməliyyat sonrasında hərarətin 0,5-1 dərəcə artması normaldır. Daha yüksək və uzun müddətli hərarət əsasən susuz qalmaqdan baş verir. Bol maye almağınıza baxmayaraq hərarətiniz yüksək qalırsa həkiminizə müraciət edin.

 NƏFƏS QOXUSU

Əməliyyat sahəsinda ağ-boz rəngli bir pərdə əmələ gəlir. Bu pərdə təbii sağalma müddətinin bir hissəsidir və orta hesabla 2 həftə ərzində yox olur.